Zəfərin yolu
İranın bir sıra nüfuzlu din xadimləri və İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin yerlərdəki nümayəndələri Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dəstəkləyiblər.
Ali Rəhbərin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amuli, Qum Elmi Hövzəsinin “Mömüniyyə” mədrəsələrinin direktoru İbadullah Xeyiryan, Urmiyə şəhərinin imam cüməsi Seyid Mehdi Qureyşi, Zəncan şəhərinin imam cüməsi Ayətullah Xatəmi, Təbriz şəhərinin imam cüməsi və Ali Rəhbərin...
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında bildirib.
“Biz bir çox illər ərzində vəziyyəti uzun tarixi perspektiv üçün sabitləşdirmək məqsədilə bu böhranın həlli üçün müxtəlif variantlar təklif etmişik. İnanın, bu, gərgin iş idi. Hansısa məqamlarda elə gəlirdi ki, daha bir az, daha bir addım...
Pakistan öz torpaqlarının azad edilməsi uğrunda apardığı haqlı mübarizədə Azərbaycanın yanındadır və biz bu yolda Azərbaycana uğurlar arzulayırıq.
Bu sözləri Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.
Azərbaycan Ordusunun cəbhədə hər gün qazandığı uğurları yüksək qiymətləndirdiklərini vurğulayan səfir bildirib ki, oktyabrın 20-də Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureşinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı olub. Azərbaycanın...