Beynəlxalq təşkilatlar
TÜRKSOY tezliklə tarixi Azərbaycan torpaqlarında insani dəyərlərin canlanmasını istəyir
Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı problemin beynəlxalq hüququn normaları, xüsusilə də BMT-nin məlum qətnamələri çərçivəsində həlli olduqca vacibdir.
Bu fikir Ermənistanın törətdiyi təxribatlar səbəbindən bölgədə yaranmış hərbi gərginliklə bağlı Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinovun imzası ilə yayılan bəyanatda əksini tapıb. Münaqişədə Ermənistanın vandallığı nəticəsində Azərbaycanın mülki əhalisi arasında tələfatın olmasından dərin kədər hissi keçirdiyini diqqətə çatdıran baş katib şəhidlərimizə Allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyib. Vurğulayıb ki, müqəddəs və tarixi torpaqlarda baş verən qarşıdurmanın yerini sülhə və ədalətə verməsi, insani dəyərlərin yenidən canlanması türk dünyasının mədəniyyət və sənət adamlarının əsas istəyidir.