05
Oktyabr

5 Oktyabr

Xarici İşlər Nazirliyi

Finlandiyanın Xarici İşlər naziri Ermənistanın azərbaycanlı mülki şəxsləri məqsədyönlü atəşə tutması barədə məlumatlandırılıb

Oktyabrın 5-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Finlandiya Xarici İşlər naziri Pekka Haavisto arasında telefon danışığı olub.

Nazir Pekka Haavisto bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

Nazir Ceyhun Bayramov, həmsöhbətinə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, sənaye şəhəri Mingəçevirin, eləcə də Xızı və Abşeron rayonlarının hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. O qeyd edib ki, bölgədəki gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir.

Nazir Ceyhun Bayramov Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirməsinin zəruri olduğunu vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.