05
Oktyabr

5 Oktyabr

Xarici İşlər Nazirliyi

Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstək yüksək qiymətləndirilib

Oktyabrın 5-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı olub.

Nazir Məhəmməd Hənif Atmar bölgədə yaşanan gərginlikdən narahatlığını ifadə edib və Əfqanıstanın Azərbaycana dəstəyini bir daha qeyd edib.

Nazir Ceyhun Bayramov qardaş Əfqanıstan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verilən dəstəyi yüksək qiymətləndirib və bu xüsusda, Əfqanıstan İslam Respublikasının Milli Şurasının bəyanatlarına istinad edib.

Ceyhun Bayramov həmkarına bölgədəki son gərginlik, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərinin məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilər olduğu və mülki infrastruktura ziyan dəydiyi vurğulanıb.

Azərbaycanın Xarici İşlər naziri bildirib ki, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi zəruridir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.