Xarici İşlər Nazirliyi
Azərbaycan Ordusunun həyata keçirəcəyi bütün əks-həmlələrin doğuracağı nəticələrə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir
Bu gün Azərbaycan Silahlı Qüvvələri öz suveren torpaqlarında mülki əhalini müdafiə etmək üçün beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində və özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün legitim hərbi mübarizə aparır. Bu xüsusda, biz Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq işğalçı qüvvələrini Azərbaycanın işğal olunmuş bütün ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edirik.
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan silahlı qüvvələrinin başlatdığı təcavüzə cavab olaraq həyata keçirəcəyi bütün əks-həmlələrin doğuracağı nəticələrə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir.