Zəfərin yolu
“Kontakt Home” mağazalar şəbəkəsi “166 Yükdaşıma və Logistika” şirkətinin “Qarabağa doğru” layihəsinə qoşulub. İki şirkət birgə Ordumuza dəstək məqsədilə əsgər paylarını cəbhəyə göndərəcək.
“Qarabağa doğru” layihəsi çərçivəsində əsgərlərimizə pay göndərmək istəyən hər kəs “Kontakt Home” mağazalarına yaxınlaşıb yararlı ola biləcək əşyaları (açıq yemək istisna olmaqla) təhvil verə bilər. Göndərilən hər bir əşya və ya qutu “166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən cəbhəyə...
İRS-Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Estoniyanın Tallinn şəhərində yaşayan soydaşlarımız Azadlıq meydanında icazəli etiraz aksiyası keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, aksiyada Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini dəfələrlə raket atəşinə tutmasının beynəlxalq humanitar hüquqa zidd olduğu bir daha vurğulanıb. Aksiya iştirakçıları mülki şəxslərin Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə hədəfə alındığını, nəticədə...
Azərbaycan Ordusunun əks-hücum həmləsi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin müxtəlif bölgələrdə məskunlaşmış zəngilanlıların uzun müddətdən bəri yaşadıqları həsrətə son qoyub.
Qələbəni böyük sevinclə qarşılayanlar arasında Cəlilabad rayonunun Ocaqlı kəndində müvəqqəti məskunlaşmış Zəngilandan olan Əliyevlər ailəsi də var.
Əliyevlər ailəsi də digər zəngilanlılar kimi 27 ildir ki, öz el-obalarının həsrətində idilər. Oktyabrın 21-də bir çox yaşayış məntəqələrimiz kimi, Zəngilan rayonunun Mincivan qəsəbəsinin...
23 oktyabr 2020-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinin yeni hazırlanmış www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, yeni sayt vasitəsilə vətəndaşların “ASAN xidmət” mərkəzlərinə gəlmədən də istənilən vaxt onlayn formada Azərbaycan əsgərinə öz mesajını ünvanlamaq, ona mənəvi dəstəyini göstərmək imkanı yaradılıb.
Həmçinin istifadəçilər müvafiq sayt vasitəsilə Azərbaycan Respublikasının...
Hər gün Azərbaycanımızın bir parçası olan və otuz ildən bəri həsrətində olduğumuz Qarabağımızdan şad xəbərlər eşidirik. Eşidirik ki, şanlı ordumuz erməni işğalçılarının tapdağı altında olan o yerləri təmizləyərək irəliləyir. Füzulimiz, Cəbrayılmız, Zəngilanımız, Hadrutumuz, Suqovuşanımız, Xudafərinimiz, çoxlu sayda kəndlərimiz azad edilib. Zəngilanımızdan sonra İranla olan bütün sərhədlərimiz tam nəzarətə götürülüb. Artıq torpaqlarımızın işğalçılardan tamamilə azad ediləcəyi gün yaxınlaşır. O gün...
“Azərsu” ASC-nin kollektivi Ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının keçirdiyi “Əsgərə məktub” layihəsinə qoşulub.
ASC-dən bildirilib ki, “Qarabağda zəfər çalır Ordumuz, su çilərik, cana gələr yurdumuz!” devizi ilə yazılan əsgər məktublarında Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı döyüşlərdən fəxrlə bəhs edilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli...