23
Oktyabr

23 Oktyabr

Orduya dəstək

Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz ediblər

İRS-Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Estoniyanın Tallinn şəhərində yaşayan soydaşlarımız Azadlıq meydanında icazəli etiraz aksiyası keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, aksiyada Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini dəfələrlə raket atəşinə tutmasının beynəlxalq humanitar hüquqa zidd olduğu bir daha vurğulanıb. Aksiya iştirakçıları mülki şəxslərin Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə hədəfə alındığını, nəticədə günahsız insanların həlak olduğunu Estoniya ictimaiyyətinin diqqətinə çatdırıblar. Soydaşlarımız Ermənistanın təcavüzkar və terrorçu siyasətinə son qoyması üçün Estoniya hökumətini və ictimaiyyətini erməni vəhşiliyinə biganə qalmamağa səsləyiblər.

Aksiya zamanı Gəncə terrorunun qurbanı olan mülki şəxslərin xatirəsini yad etmək üçün onların şəkilləri önünə gül dəstələri və oyuncaqlar qoyulub.

Tədbirdə eston və ingilis dillərində “Qarabağ Azərbaycanındır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir”, “Aqressiyaya son!”, “Erməni yalanlarına son”, “Erməni terroruna yox deyirik!”, “Uşaq ölümünə yox deyirik”, “BMT qətnamələrinə əməl et”, “Terrorizmin maliyyələşdirilməsinə son!”, “İşğalçı dövləti dəstəkləməyin” kimi şüarlar səsləndirilib.

“Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev Estoniya Dövlət Televiziyasına Qarabağ həqiqətləri və Gəncə terroru barədə müsahibə verib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.