23
Oktyabr

23 Oktyabr

Orduya dəstək

Esgeremektub.az saytı saytı ictimaiyyətə təqdim olunub

23 oktyabr 2020-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinin yeni hazırlanmış www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, yeni sayt vasitəsilə vətəndaşların “ASAN xidmət” mərkəzlərinə gəlmədən də istənilən vaxt onlayn formada Azərbaycan əsgərinə öz mesajını ünvanlamaq, ona mənəvi dəstəyini göstərmək imkanı yaradılıb.

Həmçinin istifadəçilər müvafiq sayt vasitəsilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlar, şəhidlərimiz barədə məlumat əldə edə bilərlər.

www.esgeremektub.az saytında “ASAN Könüllüləri” Təşkilatının vətənpərvərlik istiqamətində həyata keçirdiyi və planlaşdırılan layihələr də əks olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.