24
Oktyabr

24 Oktyabr

ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir

ABŞ-ın Yuta Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Salt Lake şəhərində Ermənistanın işğalçı və təcavüzkar siyasətinə etiraz olaraq avtoyürüş və Azərbaycana dəstək aksiyası təşkil edilib.

Diaspora Komitəsindən bildiriblər ki, üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin Ermənistan tərəfindən ağır artilleriyadan atəşə...

24
Oktyabr

24 Oktyabr

Lənkəranlı qazilər: Ordumuzun zəfəri xalqımızı qürurlandırır

Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, düşmən üzərində qazanılan qələbələr bütün azərbaycanlılar kimi, lənkəranlı qazilər tərəfindən də böyük sevinclə qarşılanır.

Otuz ildir işğal altında olan torpaqlarımız uğrunda zaman-zaman canını sipər edən, ölümsüzlük zirvəsinə ucalan şəhidlərimizin ruhu indi şaddır, Qarabağ qaziləri, Aprel döyüşçülərinin isə sevinci yerə-göyə sığmır...

Onlardan bir neçəsi sevincini bölüşüb.

Qarabağ qazisi Arzuman Rüstəmov: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi...

24
Oktyabr

24 Oktyabr

Avstraliyada yük maşınları üzərində Azərbaycan həqiqətləri barədə elektron məlumatlandırma aksiyası keçirilib

Avstraliyanın Sidney və Melburn şəhərlərində yaşayan azərbaycanlıların təşəbbüsü ilə xüsusi yük maşınlarının üzərində Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən elektron məlumatlandırma aksiyası keçirilib.

Bu barədə məlumat verən Azərbaycan icmasının nümayəndələri bildiriblər ki, məqsəd Avstraliya ictimaiyyətini artıq 30 ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumatlandırmaqdan ibarətdir. Bu məqsədlə Azərbaycan icmasının səyi ilə hazırlanan xüsusi...

24
Oktyabr

24 Oktyabr

Xocavənd sakini: “Müzəffər Ali Baş Komandanımız, Şanlı Ordumuz sayəsində arzumuz gerçəkləşir”

İyirmi səkkiz ildən sonra doğma yurdlarının işğaldan azad olunmasının sevincini Xocavənd rayonunun Günəşli kəndinin sakinləri də yaşayırlar. Günəşli sakinləri indi uzun illərdir həsrətində olduqları kəndlərinə qayıdacaqları günü gözləyirlər.

Sevinc hisslərini bölüşən kənd sakini Şakir Balakişiyev Xocavənd rayonunda keçən gənclik illərinin ən gözəl xatirələr kimi yaddaşına həkk olunduğunu deyib: "Kəndimiz işğal olunanda 28 yaşım var idi. Gəncliyim o gözəl yerlərdə...

24
Oktyabr

24 Oktyabr

Təqaüdünü Orduya bağışlayan qadın: “O əsgər balalara canım da qurban”

Azərbaycanlı qadın öz təqaüdünün bir hissəsini Silahli Qüvvələrə Yardım Fonduna köçürüb. 70-dən çox yaşı olan Narxanım Məmmədovanın bu addımı hər kəsi duyğulandırıb.

Ağbirçək qadın özünün iki övladının birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu və lazım gəlsə, onların yenidən cəbhəyə gedə biləcəyini vurğulayıb:

“Mən pensiyamı aldım, krediti filan keçirdikdən sonra 30 manat pulum qaldı, onu da özümə kəfən pulu götürmüşdüm. Bunu Müdafiə Fonduna keçirməyə gəlmişəm, əsgər balalarıma göndərirəm....