14
Oktyabr

14 Oktyabr

Orduya dəstək

İstehsal müəssisəsindən Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülüb

Respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da idarə, təşkilat və müəssisələr Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərməkdədir.

Rayonun ən iri istehsal müəssisəsi olan “Az-Qranata” MMC-nin Ağsu şirə və şərab emalı zavodu da ordumuza öz dəstəyini əsirgəməyib. Belə ki, müəssisə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.