14
Oktyabr

14 Oktyabr

Orduya dəstək

“Azinko Holdinq” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərib

"Azinko Holdinq" şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etməklə Ordumuza və dövlətimizə dəstək kampaniyasına qoşulub. Belə ki, "Azinko Holdinq" şirkəti ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.

Holdinqin əməkdaşları işğalda olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşməndən azad edilməsinə qətiyyətlə inanır və ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi uğurlu siyasəti hərtərəfli dəstəkləyir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.