14
Oktyabr

14 Oktyabr

Orduya dəstək

“İtaldizain” şirkətlər qrupundan orduya dəstək

Azərbaycan Ordusu təcavüzkar Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq sentyabrın 27-dən başladığı genişmiqyaslı əks-hücum əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirib. Davam edən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində bir sıra şəhər və kəndlərimiz, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olunub.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən əsgərlərimizə dəstək olmaq, onlara sevgi və diqqəti göstərmək məqsədilə “İtaldizain” şirkətlər qrupu cəbhə bölgəsinə isti geyimlər, qida məhsulları, tibbi ləvazimatlardan ibarət 3 yük maşını hədiyyə göndərib.

İsti geyim əşyaları xüsusi olaraq İran İslam Respublikasından sifariş verilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.