Zəfərin yolu
Oktyabrın 14-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin “Black Lives Matter” meydanında ABŞ-ın Azərbaycan icmasının üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz və Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər. Ağ Evin qarşısında yerləşən meydana ABŞ-ın müxtəlif şəhərlərindən gələn həmyerlilərimiz toplaşıblar.
Aksiya zamanı icma üzvləri Qarabağın Azərbaycan torpağı olduğunu qeyd ediblər, amerikalılara Azərbaycan həqiqətlərini çatdırıblar.
Aksiya iştirakçıları işğal altında olan torpaqların “mübahisəli” deyil, beynəlxalq...
Dövlət Statistika Komitəsinin kollektivi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda haqq mübarizəsi aparan Şanlı Ordumuza dəstək aksiyasına qoşularaq Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasına sovqat göndərib.
Bu barədə komitədən bildirilib.
Qeyd edək ki, ötən ay komitə rəhbərliyi 1 aylıq vəzifə maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.
Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi məğrur...
Məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2000 cüt yun corab və 1700 ədəd yun boyunluq əsgərlərimizə hədiyyə edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev belə tədbirlərin məhdud fiziki imkanlı şəxslərin məşğulluğunu təmin etməklə bərabər, onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərdiyini bildirib.
Sonra Əlahiddə Ümumqoşun Ordu...
“Əjdərbəy” məscidinin tatar dini icmasının nümayəndələri hər gün Vətənimizin ərazi bütövlüyünün bərpası üçün dua edirlər. Dini icmadan daxil olan məlumatda deyilir: “Uca Allahdan ordumuzun bu ədalətli müharibədə tezliklə qələbə çalmasını və əsgərlərin sağ-salamat evlərinə dönmələrini diləyirik”.
Orduya dəstək olmaq məqsədilə Azərbaycanın tatar diasporasının dini rəhbərləri, bir qrup tatar - "Əjdərbəy" məscidinin dindarları ilə birlikdə Azərbaycan Respublikası Silahlı...
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 9000 manat məbləğində maliyyə vəsaitinin köçürülməsi qərara alınıb.
Bu barədə Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vəsait Mərkəzin əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi bu addımı Ordumuza həmrəylik nümayişi kimi mənəvi borc hesab edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı...
İstanbulun Bağçılar rayonundakı Dostluq Parkında ölkəmizə dəstək mitinqi keçirilib. Tədbir Türkiyədə fəaliyyət göstərən Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı ilə baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mitinqə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Hüseynova, Bağçılar bələdiyyəsinin, müxtəlif təşkilatların rəhbərləri qatılıblar. Tədbirdə Hazarfem dərnəyinin sədri Nuran Acar, Baş konsul Nərminə Hüseynova və başqaları çıxış ediblər. Azərbaycan dövlətinin qətiyyətli, haqlı və ədalətli mövqeyi...