13
Oktyabr

13 Oktyabr

Orduya dəstək

“Əsgərə məktub” aksiyası İmişlidə

Oktyabrın 13-də İmişli rayonunda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İmişli regional “ASAN xidmət” mərkəzinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşdırılan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və ASAN könüllüləri qəhrəman Vətən övladlarına ürək sözlərini ünvanlayıblar.

Həmçinin vətənpərvərlik mövzusunda müxtəlif mahnı və şeirlər səsləndirilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.