13
Oktyabr

13 Oktyabr

Orduya dəstək

Özbəkistanda və Qazaxıstanda tanınan iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı təxribatları, bununla əlaqədar Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu, işğal altında olan Cəbrayıl şəhərinin, bir çox kəndlərimizin, strateji yüksəkliklərin azad edilməsi Azərbaycanda və ölkəmizdən kənarda yaşayan soydaşlarımızda ruh yüksəkliyi yaradıb.

Azərbaycanın Özbəkistandakı səfirliyindən verilən məlumata görə, Azərbaycan torpaqlarının azad edilməsi uğrunda igidliklə döyüşən ordumuza dəstək məqsədilə Özbəkistanda və Qazaxıstanda tanınan iş adamı, soydaşımız Mehdi Məmmədov Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Bununla bağlı məlumatda deyilir: “Rəşadətli ordumuzun əks-hücumları bizi sevindirir və yeni qələbələrə səsləyir. Əminik ki, Silahlı Qüvvələrimiz tezliklə Azərbaycan torpaqlarını işğaldan tam azad edəcək. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.