Zəfərin yolu
Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Rotterdam şəhərində Azərbaycan dövlətinə və əsgərinə mənəvi dəstək tədbiri keçirilib.
Tədbir himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qeyd edib ki, Niderlanddakı bütün azərbaycanlılar dövlətimizə və əsgərlərimizə hər cür dəstək olmağa hazırdırlar. Türkiyə dövlətinə və xalqına Azərbaycana göstərdikləri mənəvi dəstəyə...
"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin (TÜİB) üzvü “Asfarma dərman sənaye LTD ŞTİ” MMC firması işğal altında olan torpaqlarımızın azad olunması naminə gedən döyüş günlərində ordumuzun yanında olduğunu bildirərək, onlara dəstək olmaq məqsədilə ümumi məbləği 114 min 430 AZN olan dərman preparatları göndərib.
Bu barədə “Asfarma dərman sənaye LTD ŞTİ”dən bildirilib.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan...
Bakı Gənclər Mərkəzi dövlətimizə və ordumuza dəstək məqsədilə hərbi vətənpərvərlik mövzusunda “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb.
Mərkəzdən bildiriblər ki, layihənin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan igid əsgərlərimizə, ordumuza dəstək nümayiş etdirmək, eyni zamanda, diqqəti vətənpərvərlik hisslərinin təbliğinə, gənclərimizin hər an cəbhəyə getməyə hazır olmasına yönəltməkdir.
Milli Məclisin kollektivi Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 360 min manat pul vəsaiti köçürüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq bu günlərdə Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə ediblər.
Şanlı Ordumuza onun qarşısında...