Orduya dəstək
Yevlax gənclərindən təşəbbüs: sakinlərə bayraqlar paylanıb
Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri vətənpərvər təşəbbüslə çıxış ediblər.
Gənclər Yevlax şəhər sakinlərinə eyvanlarından asmaq üçün Azərbaycan və Türkiyə bayraqları paylayıblar. Təşəbbüs şəhərə daha vətənpərvər ab-hava qatıb və sakinlər tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.