28
Oktyabr

28 Oktyabr

Bərdənin yenidən “Smerç” raketləri ilə atəşə tutulması nəticəsində ölənlərin sayı 21-ə çatıb (Azərtac)

Müharibə cinayətləri törətməkdə davam edən Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutub.

Düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin...

28
Oktyabr

28 Oktyabr

Bərdədə erməni terroru – rayon mərkəzi xəstəxanasında vəziyyət (Azərtac)

Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutub. Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və...

28
Oktyabr

28 Oktyabr

Düşmən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir – Ağdamdan reportaj (Azərtac)

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyir.

Düşmənin ən çox hədəfə aldığı yaşayış məntəqələrindən biri də Çıraqlı kəndidir. Erməni hərbçilərinin atəşi nəticəsində sentyabrın 27-dən indiyədək kənddə ümumilikdə 2 ev yanıb, 3 ev dağılıb, 10-dan artıq evə ziyan dəyib,...

28
Oktyabr

28 Oktyabr

Düşmən Bərdəni yenidən “Smerç” raketləri ilə atəşə tutub (Azərtac)

Müharibə cinayətləri törətməkdə davam edən Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutub.

Düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə zərbələr endirilməsi nəticəsində ilkin məlumata görə, 19 dinc sakin həlak olub, 60-a yaxın mülki şəxs yaralanıb....

28
Oktyabr

28 Oktyabr

Erməni vəhşiliyi - qəbiristanlıqlar artilleriya atəşinə məruz qalır (Azərtac)

Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı terror və vandalizm əməllərini davam etdirərək yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Düşmənin atəşi nəticəsində yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımzdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

Cəbhə xəttinə yaxın məsafədə...

28
Oktyabr

28 Oktyabr

İngiloy ziyalısı: Bu haqq mübarizəsində hər zaman Azərbaycan xalqının yanındayıq (Azərtac)

Şanlı Azərbaycan Ordusunun Qarabağ cəbhəsində qazandığı qələbələr hamımızı qürurlandırır. Zaqatalada yaşayan digər azsaylı xalqların nümayəndələri kimi, biz ingiloylar da bu haqq işində Azərbaycan xalqının yanındayıq və bir vətəndaş olaraq hər an döyüşə atılmağa, üzərimizə düşən vətəndaşlıq borcunu şərəflə yerinə yetirməyə hazırıq.

Bu sözləri ingiloy xalqının nümayəndəsi, Zaqatala rayonu Əliabad qəsəbəsi 2 saylı tam orta məktəbin direktoru Tərlan Rəcəbov...

28
Oktyabr

28 Oktyabr

Əmirvarlı kəndindən olan Quliyevlər ailəsi övladlarına ata yurdlarında toy etmək arzusundadır (Azərtac)

Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkün qəsəbəsində məskunlaşan Cəbrayılın Əmirvarlı kəndinin sakinləri doğma yurdlarının azad edilməsinin sevincini yaşayırlar.

Düşmən təxribatının qarşısının alınması məqsədilə şanlı ordumuzun başlatdığı zəfər yürüşü zamanı azad edilən Cəbrayılın kəndlərindən biri də Əmirvarlıdır. Kənddən olan ailələrin ümid və inamla gözlədikləri bir-birindən fərqli arzular var. Bir an öncə doğma kəndlərinə qayıtmağı gözləyən Quliyevlər ailəsinin...

28
Oktyabr

28 Oktyabr

Azərbaycan ordusunun cəbhədə irəliləməsi bəzi ölkələri narahat edir - İordaniyalı general (Trend)

Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əhəmiyyətli dərəcədə irəliləməsi bəzi ölkələri narahat edir.

Bunu iordaniyalı hərbi ekspert, general-mayor Məmun Əbu Nəvvar deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyü Qərb üçün, eləcə də ATƏT Minsk qrupunun həmsədr ölkələri üçün gözlənilməz oldu.

Ekspert əlavə edib ki, ATƏT Minsk qrupunun əsas missiyası Azərbaycan ərazilərinin işğalının aradan qaldırılması olsa da, bu struktur...

28
Oktyabr

28 Oktyabr

“Qubadlıdan ayaqyalın çıxmışdım, elə də qayıdacağam” (AzVision)

“Qubadlı şəhərinin və kəndlərinin işğaldan azad olunması xəbərini Ali Baş Komandan açıqlayanda yerə diz çöküb ağladım. 27 il öncə Qubadlıdan, evimizdən çıxarkən torpağa diz çöküb ağlayırdıq ki, doğma yurdumuzdan ayrılırıq. Bu gün isə o torpaqlara yenidən qayıdacağımız günün sevinc göz yaşları tökürük”.

Bunu Qubadlı rayonunun Xanlıq kənd sakini Gülbəniz Eminova deyib. Doğma kəndinin işğaldan azad olunmasına sevinən G.Eminova II qrup Qarabağ müharibəsi...