Zəfərin yolu
Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobudcasına pozmaqda davam edir. Düşmən oktyabrın 27-də Azərbaycanın Bərdə rayonundakı dinc əhalini hədəf alaraq, yaşayış məntəqələrini mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə atəşə tutub.
Ermənistan silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov...
Azərbaycan Ordusunun döyüş zamanı düşməndən qənimət kimi götürdüyü tanklar yenidən döyüşə hazırlanır.
Oordumuz tərəfindən götürülən düşmənin 8 tankından 4-ü saz vəziyyətdədir. Digər 4 tank isə təmir olunduqdan sonra yenidən döyüşlərə cəlb ediləcək.
İyirmi yeddi il öncə doğma torpaqlarından köçkün düşən Cəbrayılın Sirik kəndinin sakinləri ata-baba yurdlarının işğaldan azad olunması xəbərini böyük sevinc hissi ilə qarşılayıblar. Belə ailələrdən biri də Məmmədovlar ailəsidir. Bütün siriklilər kimi, Məmmədovlar ailəsi də tezliklə öz kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyirlər. Artıq o tarixə sayılı günlər qalıb.
Ailənin ağbirçəyi Mahirə...
Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriyadan, o cümlədən “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur. Oktyabrın 26-sı səhər saatlarından başlayaraq rayon ərazisinə, ümumilikdə, 160-dan çox mərmi, eləcə də 4 “Smerç” raketi düşüb.
Düyərli kənd sakini İsgəndər Həsənov bildirib ki, dünən axşam saatlarında düşmən kəndi artilleriya atəşinə tutub. Raketlərdən biri...
Oktyabrın 26-da səhər saat 08.00-dan etibarən humanitar atəşkəs elan olunmasına baxmayaraq, düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
Artilleriya atəşinə tutulan yaşayış məntəqələrimizdən biri də Ağdam rayonunun Qaradağlı kəndidir.
Qaradağlı kəndinin sakini Elşad Rəhimov müxbirimizlə söhbət zamanı bildirib ki, səhər saatlarında düşmənin atdığı raket onun da evini dağıdıb: “Bu, artıq ikinci mərmidir ki, həyətimizə atılıb. Düşmənin niyyəti bizi qorxutmaq, ruhdan salmaqdır....
Vətən Müharibəsinin bir ayı tamam olur. Azərbaycan geridə qalan bir ay müddətində həm döyüş meydanında, həm də diplomatik müstəvidə tarixi uğurlar əldə edib. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatları zamanı düşmənə sarsıdıcı zərbələr vurulub, işğalçıların xeyli sayda canlı qüvvə və texnikası məhv edilib.
Ordumuzun uğurlu əməliyyatları nəticəsində 1 ay ərzində 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı),...
Bu gün Ermənistan ordusunun Bərdə rayonunu raket və ağır artilleriyadan atəşə tutması nəticəsində 4 mülki şəxs həlak olub, 13 nəfər yaralanıb.
Erməni təcavüzü nəticəsində həlak olan vətəndaşlarımızdan biri 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır. Hadisə zamanı onun 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb.
"1980-ci ildə Qubadlı rayonunun Muğanlı kəndində anadan olmuşam. 1993-cü il avqustun 31-də isə oradan çıxmışam".
Bu fikirləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev doğma rayonu Qubadlının erməni işğalından azad olunması barədə danışarkən deyib.
Qubadlının Muğanlı kəndindən olan veteran idmançı bildirib ki, bu hissləri sözlə ifadə etmək çox çətindir: "Biz 27 ildir bu həsrətlə yaşayır, qələbə xəbərini gözləyirdik. Artıq bu xoşbəxtlik bizə...
"Xəbəri eşidəndə ailəlikcə çox sevindik. Atam da I Qarabağ müharibəsində iştirak edib, qazidir. Prezident İlham Əliyevin çıxışını gözləyirdik ki, Qubadlının işğaldan azad olunmasını açıqlasın".
Bu fikirləri yunan-Roma güləşçisi İslam Abbasov Qubadlının erməni işğalından azad olunması barədə danışarkən deyib.
87 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, həmin yerləri görməsə də, hər zaman Qubadlının həsrətində olub: "Oralara getməyi çox istəyirik. Sevincimizin həddi-hüdudi...