28
Oktyabr

28 Oktyabr

Yerli media

Azərbaycan ordusunun cəbhədə irəliləməsi bəzi ölkələri narahat edir - İordaniyalı general (Trend)

Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əhəmiyyətli dərəcədə irəliləməsi bəzi ölkələri narahat edir.

Bunu iordaniyalı hərbi ekspert, general-mayor Məmun Əbu Nəvvar deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyü Qərb üçün, eləcə də ATƏT Minsk qrupunun həmsədr ölkələri üçün gözlənilməz oldu.

Ekspert əlavə edib ki, ATƏT Minsk qrupunun əsas missiyası Azərbaycan ərazilərinin işğalının aradan qaldırılması olsa da, bu struktur status-kvonun qorunması üçün əlindən gələni edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.