28
Oktyabr

28 Oktyabr

Yerli media

Bərdədə erməni terroru – rayon mərkəzi xəstəxanasında vəziyyət (Azərtac)

Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutub. Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xəstəxananın baş həkimi Əliyar Sərvərov bildirib ki, indiyədək xəstəxanaya 40-dan çox yaralı daxil olub: “Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Hazırda əməliyyat prosesi gedir. Aralarında 15-16 yaşlı uşaqlar da var. Onlardan biri – 16 yaşlı oğlan döş qəfəsindən ağır qəlpə yarası almışdı, təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı. Hazırda bütün həkimlərimiz iş başındadırlar və var gücləri ilə yaralıların həyatlarını qurtarmaq üçün çalışırlar”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.