15
Oktyabr

15 Oktyabr

Yerli media

Devid Perri: Azərbaycan bu mübarizədə tamamilə haqlıdır (Azərtac)

Azərbaycan bu mübarizədə tamamilə haqlıdır. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycana məxsus olan ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri bu günədək yerinə yetirilməyib.

Bu sözləri ingiltərəli şair, yazıçı, dramaturq, aktyor və rejissor Devid Uilyam Perri bildirib.

Devid Perri Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi ilə bağlı deyib: “Mən illər öncə Gəncəyə səfər etmişəm və mətbuatdan oraya olan hücumla bağlı xəbər oxuduğum zaman çox kədərləndim. Mülki əhalinin yaşadığı şəhərə belə bir hücum qəbuledilməzdir. Yaralanmış uşaqları, həyatını itirən insanları görmək çox kədərlidir. O, insanlar bunu yaşamamalı idilər. Mən düşünürəm ki, Prezident İlham Əliyev çox cəsur insandır və çox düzgün siyasət aparır”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.