15
Oktyabr

15 Oktyabr

Yerli media

Ukraynalı ekspert: Ermənistanın uşaqları döyüş əməliyyatlarına cəlb etməsi hərbi cinayətdir (Trend)

Hər hansı bir dövlət tərəfindən uşaqların əsgər kimi istifadə olunması beynəlxalq hüquqla qadağan edilib.

Bunu ukraynalı ekspert Aleksandr Merejko deyib.

O bildirib ki, əgər Ermənistan hakimiyyətinin uşaqları döyüş əməliyyatlarında istifadə etməsi doğrudursa, o zaman beynəlxalq hüququn kobud şəkildə pozulmasından danışa bilərik:

“2000-ci il Uşaq hüquqları Konvensiyasının fakültativ protokoluna əsasən, bu sənədə üzv dövlətlər 18 yaşa çatmayan şəxslərin silahlı qüvvələrə çağırışının qarşısının alınmasını təmin etməlidir. Bundan başqa, uşaqların əsgər kimi istismar olunmasına qarşı yönəlmiş digər beynəlxalq aktlar və sənədlər mövcuddur. Uşağın dövlət tərəfindən döyüş əməliyyatlarında istifadə olunması faktı sübut olunmalı, detallı şəkildə sənədləşdirilməli və buna beynəlxalq ictimaiyyətin və beynəlxalq hüquq təşkilatlarının diqqəti yönədilməlidir”.

Ekspert qeyd edib ki, uşaqları döyüş əməliyyatlarına cəlb edən dövlətlərin liderləri hərbi cinayətkar hesab olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.