15
Oktyabr

15 Oktyabr

Yerli media

Düşmənin artilleriya atəşinə tutduğu Tərtərin Düyərli kənd məktəbinə ciddi ziyan dəyib (Azərtac)

Oktyabrın 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ciddi ziyan dəyib.

Məktəbin həyətinə top mərmisinin atılması nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.

Xatırladaq ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində ciddi zərər dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.