15
Oktyabr

15 Oktyabr

Yerli media

Vətən müharibəmiz KARİKATURALARDA (AzVision)

Müharibə ciddi işdir. Amma gülüş də kifayət qədər ciddi silahdır. Ona görə, informasiya savaşında karikaturalardan da istifadə etmək vacibdir.

Torpaqlarımızı azad etmək uğrunda Vətən Müharibəsi başlayandan bu yana ölkənin yeganə karikatura saytı olan kirpi.info ancaq bu istiqamətdə çalışır.

Karikaturalarda erməni tərəfin yalanları, miskinliyi ifşa olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.