15
Oktyabr

15 Oktyabr

Yerli media

Tərtərdə dəfn zamanı erməni vəhşiliyi (AzVision)

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Azvision.az xəbər verir ki, düşmən 15 oktyabr tarixində yenidən rayon ərazisində dinc sakinləri hədəfə alıb.

Belə ki, Ermənistan ordusu qəbiristanlığa dəfn mərasiminə gələn şəxslərin yerləşdiyi əraziyə top mərmisi atıb. Nəticədə 3 mülki şəxs ölüb, 5 nəfər isə yaralanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.