Yerli media
Aleksandr Litvinenko: Azərbaycan haqlı mövqeyi uğrunda mübarizə aparır (Azərtac)
Azərbaycan öz haqlı mövqeyi uğrunda mübarizə aparır. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da bu mövqeni nümayiş etdirəcək.
Bu fikirləri Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun sədri Aleksandr Litvinenko söyləyib.
Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini deyən A.Litvinenko bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi əməliyyatlar keçirir.
“Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü təmin edəcəyinə inanıram”, - deyən Aleksandr Litvinenko qeyd edib ki, Ukrayna da ərazi bütövlüyü problemi ilə üzləşib. Ölkələrimiz bu sahədə təcrübə mübadilələrini gücləndirməlidir.