09
Noyabr

9 Noyabr

Xarici media

Rumıniyanın qabaqcıl KİV-ləri, o cümlədən “News24hours” xəbər portalı Azərbaycanın tarixi Şuşa şəhərinin işğaldan azad olunması barədə məlumat verib.

Məlumatda qeyd olunur ki, Dağlıq Qarabağın əsas şəhəri olan Şuşanın erməni işğalından azad olunması barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib. Şuşa uğrunda döyüşlərin Azərbaycan xalqının tarixi qələbəsi olduğu bildirilib. Şuşa şəhərinin 28 il erməni işğalı altında olduqdan sonra nəhayət ki, azad olunması vurğulanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.