Xarici media
İran mətbuatı Prezident İlham Əliyevin Azərbaycanın qədim şəhəri olan Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqa müraciəti və bəyanatlarına geniş yer ayırıb.
İranın “Tasnim news”, İRNA, “Entekhab”, “Fararu”, “Borna news”, “Khabaronline” saytları Prezident İlham Əliyevin xalqa müraciətinə istinad edərək, Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən azad edildiyini bildirib.
“Fararu” saytı isə Prezident İlham Əliyevin çıxışının videosunu yerləşdirib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti Dağlıq Qarabağın tamamilə işğaldan azad olunacağını bəyan edib. Bunun üçün Azərbaycanın gücü və qüdrəti yetərlidir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.