Zəfərin yolu
Misirin nüfuzlu “Akhbarelyoum” qəzetində və “Youm7” informasiya portalında Azərbaycanın qədim tarixi abidəsi olan Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı “Qədim Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanır” sərlövhəli xəbərlər dərc edilib.
Misir ictimaiyyətinə bu körpünün yerləşdiyi ərazinin 27 ilə yaxın Ermənistanın işğalı altında qalması, təcavüzkar ölkənin son hərbi təxribatından sonra əks-hücum əməliyyatları keçirən Azərbaycan Ordusunun zəfər yürüşü ilə bu ərazinin düşmən tapdağından...
Gürcüstan mətbuatı Dağlıq Qarabağ münaqişəsinə dair xəbərləri, xüsusən də Azərbaycan Prezidentinin açıqlamalarını diqqət mərkəzində saxlayır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyevin açıqlamaları Gürcüstan aparıcı KİV-lərində əsas xəbərlər kimi verilir.
Hər gün 15-dən çox xəbər oxuculara Azərbaycan, gürcü, rus və ingilis dillərində çatdırılır.
Nüfuzlu report.ge, 24news.ge, pia.ge, aktual.ge, interpressnews.ge informasiya portalları və digər mətbu orqanları Azərbaycan Prezidenti, Ali...
İspaniyada böyük oxucu kütləsinə malik “La Razón” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovun “Qarabağ Azərbaycandır” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycanın mövqelərini, mülki əhalisini iriçaplı silahlardan, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmaqla ölkəmizə qarşı növbəti təcavüzə əl atdığı qeyd olunur.
Diqqətə çatdırılır ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan...
Türkiyənin kütləvi informasiya vasitələri (KİV) oktyabrın 19-da səhər saatlarından başlayaraq ölkə ictimaiyyətinə çatdırdığı mühüm xəbərlər sırasında yenə də Azərbaycan Ordusunun rəşadətli uğurlarına geniş yer ayırıb.
Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” hesabında paylaşdığı “Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!” məzmunlu məlumat Türkiyə mediasında sürətlə yayılıb. Ordumuzun zəfər xəbərləri...
Bruney Darüssəlamın “BRUDIRECT” ən böyük xəbər agentliyi Ermənistanın Azərbaycana qarşı təxribatlarından bəhs edən məqalə yayıb.
Azərbaycanın Bruney Darüssəlamdakı səfiri Qaley Allahverdiyev tərəfindən qələmə alınmış məqalə “Azərbaycan öz regionunda sülh və sabitlik istəyir” sərlövhəsi ilə geniş oxucu auditoriyasına təqdim edilib. Məqalədə Ermənistanın sentyabr ayının 27-dən başlayaraq ölkəmizə qarşı davam etdirdiyi hərbi hücumdan bəhs olunub, bunun bəşəriyyətə meydan oxuyan nəticələri barədə ətraflı məlumat verilib.
Səfir bildirib ki, hazırda dünya ölkələri COVID-19...
Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünü işğalçılardan azad etməsi barədə materiallar yayıb.
“QORDON”, “Segodnya”, “Korrespondent”, "Ukrinform" portallarında dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24” telekanallarında yayımlanan reportajlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bununla bağlı özünün rəsmi “Twitter” səhifəsində yazdığı statusu qeyd edilib.
“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan...
Səudiyyə Ərəbistanı Krallığının ingilis dilində nəşr olunan “Arabnews” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozur” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə işğalçı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla...
Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune News of Bahrain” qəzetində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan ərazi bütövlüyünün bərpasını tələb edir” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də atəşkəsi kobud şəkildə pozması, cəbhə xətti boyunca Azərbaycan silahlı qüvvələrinin mövqelərini intensiv atəşə tutaraq bu il üçüncü dəfə Azərbaycana qarşı yeni bir təcavüzə başlaması, cəbhə boyu əhalinin sıx yaşadığı əraziləri...
Fransanın “Le Causeur” portalında dərc olunmuş Fazil Zeynalovun “Bakı beynəlxalq hüququn tətbiqini istəyir” sərlövhəli məqaləsini yayımlayıb.
Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların irəliləməsi üçün bir neçə təklif irəli sürərək, tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışdılar. Bütün bu təkliflər status-kvonu əbədiləşdirmək və işğal olunmuş əraziləri ilhaq etmək üçün vaxt qazanmaq istəyən Ermənistanın etirazı ilə qarşılandı. Bu, bir daha son 28 ildə beynəlxalq vasitəçilərin sülh...
Almaniyanın “Welt” xəbər agentliyində “Azərbaycan “AfD” partiyasının nümayəndələrinin Dağlıq Qarabağa səfərini qınayır” sərlövhəli məqalə yayıb.
Məqalədə Almaniyanın “AfD” partiyasının bir sıra üzvlərinin Dağlıq Qarabağdakı müharibə zonasına səfər etdikləri bildirilir. Qeyd olunur ki, Azərbaycan bununla bağlı Almaniya tərəfində etiraz notası ünvanlayaraq, həmin səfəri sərt şəkildə qınayıb.
Bildirilir ki, Dağlıq Qarabağa səfər edən deputatların adları “arzuolunmaz şəxslər siyahısı”na salınmış və onların gələcəkdə Azərbaycana girişinə qadağa qoyulub.