19
Oktyabr

19 Oktyabr

Xarici media

Misirin nüfuzlu “Akhbarelyoum” qəzetində və “Youm7” informasiya portalında Azərbaycanın qədim tarixi abidəsi olan Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı “Qədim Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanır” sərlövhəli xəbərlər dərc edilib.

Misir ictimaiyyətinə bu körpünün yerləşdiyi ərazinin 27 ilə yaxın Ermənistanın işğalı altında qalması, təcavüzkar ölkənin son hərbi təxribatından sonra əks-hücum əməliyyatları keçirən Azərbaycan Ordusunun zəfər yürüşü ilə bu ərazinin düşmən tapdağından azad edilməsi barədə məlumat verilib.

Bundan başqa, Misirin “Almasryalyoum” qəzetində tədqiqatçı-jurnalist Xalid Şaminin Azərbaycan xalqının Müstəqillik Gününə həsr edilmiş məqaləsi dərc edilib.

Məqalədə müstəqillik illərində böyük inkişaf yolu keçən Azərbaycan Respublikasının nailiyyətlərindən, habelə son həftələrdə rəşadətli Ordumuzun torpaqlarımızı Ermənistanın işğalından azad etməsindən geniş bəhs olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.