Zəfərin yolu
“Kuwait Times” qəzetində Ermənistanın Gəncə şəhərinə raket hücumu həyata keçirməsi ilə bağlı məqalə dərc olunub.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə gecə saatlarında həyata keçirilən raket zərbəsindən sonra Ermənistandan döyüş meydanında intiqam alacağını bildirdiyi qeyd edilir. Azərbaycan Prezidentinin Gəncəyə raket hücumunu müharibə cinayəti adlandırdığı vurğulanır.
Məqalədə Gəncə şəhərinin bir yaşayış məntəqəsinə qarşı həyata keçirilən raket hücumu nəticəsində 10-dan çox mülki vətəndaşın həlak olduğu və...
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu sözləri Ukraynanın “Pryamoy” telekanalının efirində erməni təcavüzü barədə danışıb.
Regionda vəziyyətin növbəti dəfə kəskinləşməsi bir səbəblə - Ermənistan tərəfindən dinc əhaliyə qarşı təxribatla bağlıdır. Moskva sazişinin mürəkkəbi qurumamış Ermənistan Gəncəyə ballistik raketlərlə zərbələr endirib. Sonra ikinci və nəhayət oktyabrın 17-də ən dağıdıcı zərbə. Hərbçilər tərəfindən dinc əhaliyə qarşı tətbiq edilməsi qadağan olunmuş “Elbrus” və “Toçka U” raket komplekslərindən buraxılmış ballistik...
Qətərin ərəb dilində nəşr olunan və ölkədə ərəb dilli qəzetlər arasında ən geniş oxucu kütləsinə malik “Əl-Şərq” qəzetində Ermənistanın oktyabrın 17-də Gəncə şəhərinin mülki əhalisini ballistik raket atəşinə tutması ilə bağlı yazı dərc olunub.
Yazıda hücum nəticəsində 2-si uşaq olmaqla 12 mülki şəxsin həyatını itirdiyi, 40 nəfərin yaralandığı, evlərə və digər mülki obyektlərə zərər dəydiyi qeyd edilib.
Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının...
Argentinada çıxan gündəlik “Clarin” qəzetinin internet-portalında “Azərbaycanın ikinci böyük şəhərinin raket atəşinə tutulması nəticəsində 12 nəfər həlak olub” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Azərbaycanın Baş Prokurorluğunun məlumatına istinad edilir. Bildirilir ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ermənilər tərəfindən ballistik raketlərdən atəşə tutulması nəticəsində azı 12 nəfər ölüb, 50-dən artıq insan yaralanıb.
Argentina nəşri diqqətə çatdırır ki, Gəncə gecəyarısı atəşə tutularkən Qərbdə “SCUD” kimi...
Ermənistanın hərbi-siyasi rəhbərliyinin növbəti dəfə humanitar atəşkəs qərarına əməl etməməsi Türkiyə kütləvi informasiya vasitələrinin əsas mövzusudur. Ekspertlər hesab edirlər ki, Paşinyan hakimiyyəti cəbhədəki biabırçı məğlubiyyətin ölkədə sosial partlayış yaradacağından ehtiyatlanaraq erməni hərbçilərinin meyitlərini qəbul etmək istəmir.
Cəbhədəki son vəziyyət, o cümlədən düşmən ordusunun Azərbaycanın dinc əhalisini hədəfə alması Türkiyə mediası tərəfindən diqqətlə izlənilir. Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan...
Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə ermənilərin raket hücumu nəticəsində Azərbaycanın 13 dinc sakini, o cümlədən 3 uşaq ölüb.
İsrailli məşhur jurnalist Neta Barın nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş “Azərbaycan: Ermənistan tərəfindən bombardlanma nəticəsində 13 nəfər həlak olub” sərlövhəli məqaləsi bu barədədir.
Müəllifin sözlərinə görə, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev baş verənləri şərh edərək bildirib ki, Ermənistan terror siyasətini dövlət...
Ermənistanın Azərbaycanın Gəncə şəhərini oktyabrın 17-də ballistik raket atəşinə tutması ilə əlaqədar Küveytin “Dasmannews” onlayn xəbərlər portalında və Küveytdə gündəlik ərəb dilində nəşr edilən “Əl-Ənbə” qəzetinin buraxılışında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı, həmçinin Prezident İlham Əliyevin Füzuli şəhərinin və bir neçə kəndin işğaldan azad olunması ilə bağlı xalqa müraciəti barədə məlumat nəşr edilib.
Bu barədə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən...
Hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparılır və BMTR TŞ-nin qətnamələrinə əsasən bu ərazilər mübahisəli deyil, işğal olunmuş ərazilərdir.
Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Avropanın nüfuzlu “Deutsche Welle” Televiziyasına müsahibəsində səsləndirib.
O, oktyabrın 17-də Ermənistanın Gəncəyə reallaşdırdığı “Skad” raket hücumundan da danışıb və bunun hərbi əməliyyatlar başlayandan bu yana ikinci dəfə baş verdiyini deyib: “Gəncə şəhəri cəbhədən 100 km uzaqlıqda yerləşir....
Milli Məclisin Sədr müavini Adil Əliyevin mülki Azərbaycan əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi barədə məqaləsi Almaniya mətbuatında işıq üzü görüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Adil Əliyev Ermənistanın xüsusilə axşam saatlarında mülki əhalinin yaşadıqları evləri hədəfə almasını, cəbhə xətti ilə heç bir əlaqəsi olmayan və cəbhə xəttindən azı 60 kilometr uzaqda yerləşən Gəncə şəhərinin Ermənistan tərəfindən vurulmasını, nəticədə mülki şəxslərin ölməsini...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları, xüsusilə Gəncə şəhərinə raket hücumu ilə bağlı “Al Jazeera” televiziya kanalına müsahibə verib.
- Ermənistan bildirir ki, onların raketlərinin Gəncə şəhərini vurmaq üçün lazımi uçuş məsafəsi yoxdur. Bu barədə nə deyə bilərsiniz?
- Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən bunun təkzib edilməsi qeyri-əxlaqi təfəkkürün məhsuludur. Ermənistan silahlı qüvvələri Azərbaycanın ən böyük şəhərlərinə və oktyabrın...
Oktyabrın 18-də İndoneziyanın nüfuzlu kütləvi-informasiya vasitələri Ermənistan ordusunun Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutması barədə xəbərlər yaymaqda davam edir.
Nüfuzlu “telusur.co.id” saytında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı əsasında xəbər yer alıb.
Xəbərdə oktyabrın 17-də gecə saat 1:00 radələrində Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutduğu qeyd olunub....
Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda çox nüfuzlu nəşrlərdən biri olan “New Straits Times” qəzeti oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə qarşı törətdiyi ballistik raket hücumu ilə əlaqədar məqalə dərc edib.
“Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanıdır” adlı məqalədə Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin həmin gün verdiyi bəyanatından bəhs olunub.
Məqalədə, həmçinin cari il sentyabrın 27-dən...
Meksikanın ən çox izlənən televiziya kanallarından olan “TV Milenio” və “ABC” radiosunun axşam efirində səfir Məmməd Talıbovun Ermənistanın son hərbi təcavüz cəhdi, Azərbaycanın mülki əhalisinə qarşı hücumları və Silahlı Qüvvələrimizin gördüyü tədbirlər barədə müsahibəsi efirə verilib.
Müsahibələrdə münaqişənin tarixindən danışan səfir, Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla ümumilikdə Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğalda saxlanıldığını, həmin ərazilərdə etnik təmizləmə aparıldığını və...
Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları ötən gecə saat 1 radələrində cəbhə zonasından uzaqda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsini raket atəşinə tutmasını müharibə cinayəti adlandırıb.
Portallar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “Twitter” hesabına istinadla yazır ki, Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi onun hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib.
Prezidentin köməkçisi müsahibədə Ermənistanın son təxribatları barədə danışıb.
Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki insanları qətlə yetirdiyini, infrastruktura böyük zərər vurduğunu bildirib. Qeyd edib ki, Ermənistan indi də müxtəlif raket sistemlərindən istifadə etməklə zərbələr endirir və bu, bizi çox narahat edir. Oktyabrın 17-də gecə saatlarında Ermənistan...
Almaniyanın “TRT Deutsch” xəbər portalında “Azərbaycan: Ermənistan atəşkəsə əməl etmir” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış atəşkəsin kövrək olduğu vurğulanır. Bildirilir ki, Ermənistan Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşinə tutub, nəticədə çox sayda mülki şəxs həyatını itirib.
Müəllif qeyd edir ki, hazırda Azərbaycan Ordusu cəbhədə vəziyyətə nəzarət edir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur....