Xarici media
Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünü işğalçılardan azad etməsi barədə materiallar yayıb.
“QORDON”, “Segodnya”, “Korrespondent”, "Ukrinform" portallarında dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24” telekanallarında yayımlanan reportajlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bununla bağlı özünün rəsmi “Twitter” səhifəsində yazdığı statusu qeyd edilib.
“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, - deyə Ukrayna mətbuatı Azərbaycan Prezidentinə istinadla yazıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.