Xarici media
Almaniyanın “Welt” xəbər agentliyində “Azərbaycan “AfD” partiyasının nümayəndələrinin Dağlıq Qarabağa səfərini qınayır” sərlövhəli məqalə yayıb.
Məqalədə Almaniyanın “AfD” partiyasının bir sıra üzvlərinin Dağlıq Qarabağdakı müharibə zonasına səfər etdikləri bildirilir. Qeyd olunur ki, Azərbaycan bununla bağlı Almaniya tərəfində etiraz notası ünvanlayaraq, həmin səfəri sərt şəkildə qınayıb.
Bildirilir ki, Dağlıq Qarabağa səfər edən deputatların adları “arzuolunmaz şəxslər siyahısı”na salınmış və onların gələcəkdə Azərbaycana girişinə qadağa qoyulub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.