19
Oktyabr

19 Oktyabr

Xarici media

Gürcüstan mətbuatı Dağlıq Qarabağ münaqişəsinə dair xəbərləri, xüsusən də Azərbaycan Prezidentinin açıqlamalarını diqqət mərkəzində saxlayır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyevin açıqlamaları Gürcüstan aparıcı KİV-lərində əsas xəbərlər kimi verilir.

Hər gün 15-dən çox xəbər oxuculara Azərbaycan, gürcü, rus və ingilis dillərində çatdırılır.

Nüfuzlu report.ge, 24news.ge, pia.ge, aktual.ge, interpressnews.ge informasiya portalları və digər mətbu orqanları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə istinadən Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalandırılması, eləcə də Cəbrayıl rayonunun daha 13 kəndinin işğaldan azad olunmasını əsas xəbər kimi təqdim edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.