18
Oktyabr

18 Oktyabr

Xarici media

Qırğızıstanın “goldenbridgenews.com”“turktoday.info” portalları ötən gecə saat 1 radələrində cəbhə zonasından uzaqda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsini raket atəşinə tutmasını müharibə cinayəti adlandırıb.

Portallar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “Twitter” hesabına istinadla yazır ki, Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi onun hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir. Bu, mülki şəxslərə qarşı qəsdən düşünülmüş raket hücumudur.

Bildirilir ki, raket hücumları nəticəsində 10-dan çox mülki şəxs həlak olub, 50-dən çox insan yaralanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.