18
Oktyabr

18 Oktyabr

Xarici media

Almaniyanın “TRT Deutsch” xəbər portalında “Azərbaycan: Ermənistan atəşkəsə əməl etmir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış atəşkəsin kövrək olduğu vurğulanır. Bildirilir ki, Ermənistan Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşinə tutub, nəticədə çox sayda mülki şəxs həyatını itirib.

Müəllif qeyd edir ki, hazırda Azərbaycan Ordusu cəbhədə vəziyyətə nəzarət edir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur. Sovet İttifaqının dağılmasından sonra Ermənistan həmin bölgəni işğal edib və öz qoşunlarını orada yerləşdirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.