18
Oktyabr

18 Oktyabr

Xarici media

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu sözləri Ukraynanın “Pryamoy” telekanalının efirində erməni təcavüzü barədə danışıb.

Regionda vəziyyətin növbəti dəfə kəskinləşməsi bir səbəblə - Ermənistan tərəfindən dinc əhaliyə qarşı təxribatla bağlıdır. Moskva sazişinin mürəkkəbi qurumamış Ermənistan Gəncəyə ballistik raketlərlə zərbələr endirib. Sonra ikinci və nəhayət oktyabrın 17-də ən dağıdıcı zərbə. Hərbçilər tərəfindən dinc əhaliyə qarşı tətbiq edilməsi qadağan olunmuş “Elbrus” və “Toçka U” raket komplekslərindən buraxılmış ballistik raketlərlə Gəncə şəhərinin vəhşicəsinə atəşə tutulmasının qurbanlarının sayı artır.

Səfir dinc vətəndaşların vəhşicəsinə atəşə tutulmasını və mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyərək öz ədalətli mövqeyini növbəti dəfə nümayiş etdirmiş Ukraynaya təşəkkürünü bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.