18
Oktyabr

18 Oktyabr

Xarici media

Ermənistanın Azərbaycanın Gəncə şəhərini oktyabrın 17-də ballistik raket atəşinə tutması ilə əlaqədar Küveytin “Dasmannews” onlayn xəbərlər portalında və Küveytdə gündəlik ərəb dilində nəşr edilən “Əl-Ənbə” qəzetinin buraxılışında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı, həmçinin Prezident İlham Əliyevin Füzuli şəhərinin və bir neçə kəndin işğaldan azad olunması ilə bağlı xalqa müraciəti barədə məlumat nəşr edilib.

Bu barədə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.