18
Oktyabr

18 Oktyabr

Xarici media

Hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparılır və BMTR TŞ-nin qətnamələrinə əsasən bu ərazilər mübahisəli deyil, işğal olunmuş ərazilərdir.

Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Avropanın nüfuzlu “Deutsche Welle” Televiziyasına müsahibəsində səsləndirib.

O, oktyabrın 17-də Ermənistanın Gəncəyə reallaşdırdığı “Skad” raket hücumundan da danışıb və bunun hərbi əməliyyatlar başlayandan bu yana ikinci dəfə baş verdiyini deyib: “Gəncə şəhəri cəbhədən 100 km uzaqlıqda yerləşir. Sonuncu dəfə İraq müharibəsi zamanı Səddam Hüseyn “Skad” raketlərindən istifadə edib. Təəssüf ki, Ermənistan dinc sakinlər arasında daha çox itkiyə səbəb olmaq üçün hücumu gecə saatlarında həyata keçirib. Biz oktyabrın 10-da Moskvada humanitar atəşkəslə bağlı razılığa gəlmişdik. Lakin, təəssüf ki, razılaşmanın səhəri günü Ermənistan ilk dəfə Gəncəyə hücum həyata keçirdi. Təbii ki, biz hərbi səhnədən danışıqlar masasına keçmək istəyərik, lakin Ermənistan tərəfdən bununla bağlı heç bir müsbət addım görmürük. Bunun baş verməsi üçün Ermənistan anlamalıdır ki, bizim torpaqlarda hərbi əməliyyatları dayandırmalıdır”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.