15
Oktyabr

15 Oktyabr

Xarici media

Nex24.news” xəbər portalında Milli Məclisin Sədr müavini Adil Əliyevin müəllifliyi ilə “Ermənistan 28 ildir ki, azərbaycanlı mülki əhalini qətlə yetirir” adlı məqalə dərc edilib. 

Məqalədə bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycana qarşı təcavüzə başladığı bildirilir. Həmin tarixdən etibarən Ermənistan Azərbaycanda mülki əhalinin yaşadıqları evləri hədəfə alır. Cəbhə xətti ilə heç bir əlaqəsi olmayan və ondan uzaqda yerləşən Gəncə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində mülki şəxslər həyatlarını itirib. Eyni zamanda, bir sıra mülki obyektə, evlərə və körpülərə ciddi ziyan dəyib. Gəncə şəhərinə qarşı təcavüzlə yanaşı, Mingəçevir şəhərinə də raket hücumu olub. Bütün bunlar Ermənistan tərəfindən atəşkəs dövründə həyata keçirilmiş ilk müharibə cinayətləri deyil. Belə ki, cari ilin iyul ayında da Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz edilib. Ermənistanın regionda təcavüzkar siyasət həyata keçirməsi sülhə qarşı ən böyük maneədir. 1949-cu il tarixli Cenevrə konvensiyaları Ermənistan tərəfindən kobudcasına pozulub. BMT-nin 4 qətnaməsinin heç biri Ermənistan tərəfindən bu vaxta qədər icra edilməyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.