Zəfərin yolu
Avropanın ictimai-siyasi dairələrində geniş oxucu auditoriyasına malik “Euractiv” portalında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistanın Azərbaycanın mülki şəxslərinə və həyati əhəmiyyətli infrastrukturlarına qarşı hücumları diqqətdən kənar qalmamalıdır” adlı məqaləsi dərc olunub.
Hikmət Hacıyev məqalədə Ermənistanın 30 ilə yaxındır Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin iyul ayında baş vermiş Tovuz hadisələrindən üç ay keçməmiş - sentyabrın 27-dən başlayaraq Azərbaycana...
Oktyabrın 16-da Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova milli və beynəlxalq səviyyədə bu ölkənin ən böyük radiosu hesab edilən “RTS”ə Ermənistanın Azərbaycana qarşı təcavüzü və hazırda gedən döyüşlər barədə müsahibə verib. Müsahibə dinləyicilərin radionu ənənəvi olaraq ən çox dinlədiyi “əsas vaxt”ında efirə çıxıb.
Müsahibədə əvvəlcə Moskvada əldə olunan humanitar atəşkəs razılaşmasına toxunulub. Səfir Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağ və ətraf 7 rayonun 30 ilə yaxındır Ermənistanın işğalı altında...
Koreya Respublikasının “TBS” radio kanalının “Sabahınız xeyir” adlı canlı verilişində Ermənistanın Azərbaycana hərbi təcavüzündən və son təxribatlarından danışılıb.
Səhər saat 8-də yayıma başlayan verilişin qonağı Azərbaycanın Seuldakı səfiri Rəmzi Teymurov olub. Səfir Dağlıq Qarabağ münaqişəsinin tarixi, “böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin Azərbaycanla yanaşı, qonşu Türkiyə və Gürcüstana ərazi iddiaları barədə məlumat verib. Qeyd olunub ki, ermənilərin onlara aid olduğunu iddia etdikləri tarixi kilsələr əslində Qafqaz Albaniyasına məxsusdur...
Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov “Almydannews” qəzetinin müxbiri Əhməd Vahidə müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində xalqımızın haqlı mövqeyini çatdırıb.
Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bütün dünya tərəfindən hüquqi müstəvidə tanınan əzəli və əbədi Azərbaycan torpağı olduğunu qeyd edən diaspor sədri ərəb KİV-lərini, o cümlədən misirli jurnalistləri öz yazılarında bu mühüm detala diqqət yetirməyə çağırıb. S.Nəsirov vurğulayıb ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər...
Azərbaycan ordusu işğal edilmiş ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatlarında XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi.
Tanınmış rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu fikri “Region plyus” jurnalına müsahibəsində söyləyib.
“Mən əminliklə deyə bilərəm ki, müasir silahlardan – pilotsuz uçuş aparatlarından, hava patrulu xidməti üçün silah-sursatdan, hədəfləri dəf etmək üçün yüksəkdəqiqlikli vasitələrdən istifadə olunmaqla aparılan döyüş əməliyyatlarının miqyası dünyanın aparıcı baş qərargahları tərəfindən çox diqqətlə...
İspaniyanın böyük oxuyucu kütləsinə malik “EL MUNDO” qəzetində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi dərc olunub.
Müsahibədə Azərbaycan Prezidentinin köməkçisi cəbhə bölgəsində yaranmış hazırkı vəziyyətdən, Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən ətraflı bəhs edib. Diqqətə çatdırılıb ki, Ermənistan əldə olunmuş humanitar atəşkəs razılaşmasının tələblərini kobud şəkildə pozaraq, yalnız Gəncəni deyil, həm də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini,...
İspaniyada böyük oxucu kütləsinə malik “ABC” qəzeti (1903-cü ildə Madriddə təsis edilib) Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə alıb.
“Türkiyənin Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirakı cəfəngdir” sərlövhəsi ilə dərc olunmuş müsahibə zamanı “ABC” qəzetinin redaktoru Xayme Sançes səfir A.Məhərrəmova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti, o cümlədən qonşu dövlətin növbəti təxribatına Azərbaycanın münasibəti, habelə bu məsələyə beynəlxalq ictimaiyyətin mövqeyi, Türkiyənin bölgədə hərbi əməliyyatların...
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətlərini davam etdirirlər.
Mərkəzin mətbuat xidməti bildirib ki, Analitika şöbəsinin əməkdaşı Rəhim Rəhimovun “Ermənistan-Azərbaycan münaqişəsi: sivilizasiyaların toqquşması?” adlı məqaləsi ABŞ-ın Vaşinqtonda yerləşən Rusiya və post-sovet məkanı üzrə ixtisaslaşmış nüfuzlu beyin mərkəzi olan Ceymstaun Fondunun “Eurasia Daily Monitor” nəşrində dərc edilib.
Məqalədə Qarabağ və ətraf rayonlarda gedən son döyüş əməliyyatları fonunda Ermənistan və onun baş naziri Nikol...