16
Oktyabr

16 Oktyabr

BMT Baş katibi Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumatlandırılıb

Oktyabrın 16-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Xarici İşlər naziri Ceyhun Bayramov bölgədəki cari vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə BMT Baş katibinə məlumat verib. Nazir Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini və mülki infrastrukturu, həmçinin münaqişə zonasından uzaq yerləşən şəhərləri...

16
Oktyabr

16 Oktyabr

Rusiya Dövlət Dumasının üzvünün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərini qətiyyətlə pisləyirik

Rusiya Federasiyasının Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərini qətiyyətlə pisləyirik.

Ermənistanın Azərbaycana qarşı əl atdığı yeni təcavüz kontekstində baş tutan və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə açıq şəkildə dəstək nümayiş etdirən bu qanunsuz səfər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək...

16
Oktyabr

16 Oktyabr

Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil, əksinə, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışır

Ermənistan xarici işlər nazirinin Yunanıstan Xarici İşlər naziri ilə mətbuat brifinqi zamanı verdiyi açıqlamada Azərbaycan və Türkiyəni bölgəni gərginləşdirməkdə ittiham cəhdləri Azərbaycana qarşı təcavüz siyasəti aparan Ermənistanın riyakar siyasətinin daha bir bariz nümunəsidir.

Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququna əsaslanaraq Azərbaycanın mülki əhalisini müdafiə edir və Azərbaycan Respublikasının suveren torpağında əks-hücum...

16
Oktyabr

16 Oktyabr

Məkrli düşmənin təxribatı bizi hiddətləndirir və qardaş İran əhalisinin narahatlığına şərik oluruq

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd işğal olunmuş ərazilərində silahlı toqquşmalar davam edir. Əks-hücum əməliyyatları həyata keçirən Azərbaycan ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini məhv edərək öz torpaqlarını azad edir. Döyüşlər gedən ərazilərdən geri çəkilən pərakəndə Ermənistan silahlı birləşmələri təxribat yaratmaq məqsədilə dost və qardaş İran ərazisinə raketlər atmaqda davam edir. Düşmənin hücumunu dəf edən Azərbaycan ordusunun bütün...

16
Oktyabr

16 Oktyabr

Azərbaycanın və Bosniya və Herseqovinanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Oktyabrın 15-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Bosniya və Herseqovinanın Xarici İşlər naziri xanım Bisera Turkoviç arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən...

16
Oktyabr

16 Oktyabr

Leyla Abdullayeva İtaliyanın Milan Şəhər Şurasının ölkəmizin işğal olunmuş ərazilərindəki qondarma rejimi guya ki, tanıması ilə bağlı KİV-in sualını cavablandırıb

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki qeyri-qanuni oyuncaq rejimin Milan Şəhər Şurası tərəfindən “tanınma”sı ilə bağlı iddialar Ermənistan tərəfinin növbəti təxribatı və saxtakarlıqlara əsaslanan təxribatının tərkib hissəsidir.

Burada söhbət Milan şəhərində fəaliyyət göstərən Ermənistanın fəxri konsulluğu və Milandakı erməni icmasının təşəbbüsü ilə Şəhər Şurası tərəfindən edilən müraciətdən gedir.

Bu xüsusda bildirmək...

16
Oktyabr

16 Oktyabr

Maykl Pompeonun fikirləri Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın statusuna uyğun gəlmir

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Maykl Pompeo oktyabrın 15-də “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Azərbaycan tərəfi hesab edir ki, ABŞ dövlət katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan əvvəl edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.

Bu fikirlər, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən...

16
Oktyabr

16 Oktyabr

Mətbuat xidməti idarəsinin Ermənistan tərəfindən Azərbaycan Respublikasında uşaqlara qarşı törədilən kobud hüquq pozuntularına dair məlumatı

Təxminən otuz on ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Bu müddət ərzində Ermənistan mənəvi öhdəliklərinə və qanunla nəzərdə tutulmuş məsuliyyətinə məhəl qoymayaraq, azərbaycanlı uşaqları beynəlxalq sənədlərdə təsbit olunmuş əsas hüquqlardan, habelə Uşaq Hüquqları Konvensiyasında təsbit edildiyi kimi, BMT Nizamnaməsində elan edilmiş ideallar, xüsusilə də barış,...

16
Oktyabr

16 Oktyabr

Ceyhun Bayramov Filip Rikeri Ermənistanın humanitar atəşkəsi pozması barədə məlumatlandırıb

Oktyabrın 16-da Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı olub.

Nazir Ceyhun Bayramov həmsöhbətini bölgədəki son gərginliklə bağlı, o cümlədən Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması barədə məlumatlandırıb. Ermənistanın məqsədli şəkildə dinc əhalini və mülki infrastrukturu, cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və rayonları...