Xarici İşlər Nazirliyi
Maykl Pompeonun fikirləri Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın statusuna uyğun gəlmir
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Maykl Pompeo oktyabrın 15-də “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
Azərbaycan tərəfi hesab edir ki, ABŞ dövlət katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan əvvəl edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.
Bu fikirlər, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın statusuna uyğun gəlmir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.