Zəfərin yolu
Oktyabrın 17-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Telefon danışığı zamanı nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Ermənistanın Gəncəni qəddarcasına raket atəşinə tutmasını beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.
Nazir Mövlud Çavuşoğlu Ermənistanın...
Azərbaycan Respublikası və Ermənistan Respublikası oktyabrın 18-i yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib.
Bu qərar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının prezidentlərinin 2020-ci il 1 oktyabr, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 5 oktyabr tarixli bəyanatlarına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.
Oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə əlaqədar Xarici İşlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarları ilə əlaqə yaradıb.
Nazir Ermənistan tərəfinin yenidən törətdiyi müharibə cinayəti və insanlıq əleyhinə cinayət nəticəsində azərbaycanlı mülki əhali arasında...
2020-ci il oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub; 12 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40-dan çox insan...
Oktyabrın 17-də Azərbaycan Xarici İşlər nazirinin təşəbbüsü ilə Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Nazir Ceyhun Bayramov rusiyalı həmkarına Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsdən sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki əhali arasında ağır itkilərə səbəb olduğunu söyləyən nazir, bu müharibə cinayətinin məsuliyyətinin Ermənistan rəhbərliyinin...