16
Oktyabr

16 Oktyabr

Xarici İşlər Nazirliyi

Rusiya Dövlət Dumasının üzvünün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərini qətiyyətlə pisləyirik

Rusiya Federasiyasının Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərini qətiyyətlə pisləyirik.

Ermənistanın Azərbaycana qarşı əl atdığı yeni təcavüz kontekstində baş tutan və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə açıq şəkildə dəstək nümayiş etdirən bu qanunsuz səfər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz addımı Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqeyinə uyğun gəlmir.

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq ölkənin işğal olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün Vitaliy Milonovun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

 

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.