Zəfər günü
Şanlı Qələbənin sevinci: Gəncədə böyük coşqu
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şanlı Qələbə xəbəri Gəncədə də böyük coşqu və sevinc hissi ilə qarşılanıb.
Şəhərin küçə və prospektlərinə, meydanlarına çıxan sakinlər qələbəni qürur hissi ilə qeyd edirlər.
Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan minlərlə Gəncə sakini Rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə edirlər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.