09
Oktyabr

9 Oktyabr

Əcnəbi vətəndaşlardan Ordumuza dəstək

Azərbaycanda yaşayan bir qrup əcnəbi vətəndaş şanlı ordumuza dəstək nümayiş etdirib.

Bununla bağlı Dövlət Miqrasiya Xidməti videoçarx hazırlayıb.

09
Oktyabr

9 Oktyabr

Qardabanidə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Gürcüstanın Kvemo Kartli–Borçalı bölgəsinin Qardabani rayonunun mərkəzində yerli azərbaycanlılar “Qarabağ Azərbaycandır!” adlı dəstək aksiyası keçiriblər.

Əllərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqlarını tutan aksiya iştirakçıları “Yaşa, yaşa Azərbaycan!”, “Azərbaycan!”, “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndiriblər.

Qardabani şəhərinin mərkəzində davam edən aksiyada Gürcüstanın Azərbaycanlı Ağsaqqalları Şurası sədrinin müavini Mayak Nemətov, Qardabani rayon 3 saylı məktəbin müəllimi Firdövsi İsgəndərov, Eldar Qarayazılı və başqaları...

09
Oktyabr

9 Oktyabr

“Kaspian Drilinq Kompani Limited” şirkətindən Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

“Kaspian Drilinq Kompani Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəni dəstəkləmək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 10 milyon ABŞ dolları (17 milyon manat) vəsait köçürüb.

Biz zəfər çalacağıq!

Qarabağ Azərbaycandır!

09
Oktyabr

9 Oktyabr

Maliyyə Nazirliyindən Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

Maliyyə Nazirliyinin aparatı, nazirlik yanında agentlik və xidmət əməkdaşları biraylıq əməkhaqlarını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

09
Oktyabr

9 Oktyabr

Bakı Media Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb

Bakı Media Mərkəzi Azərbaycan Silahlı Qüvvələrinin Yardım fonduna 100 min manat vəsait köçürüb.

Bu barədə Mərkəzdən məlumat verilib.

"Mərkəzin kollektivi olaraq Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzdan yeni qələbə müjdələri gözləyirik. Qarabağ Azərbaycandır!"

09
Oktyabr

9 Oktyabr

Məmmədli bacıları xərcliklərindən qənaət etdikləri vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna zərbələri, 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad etməsi uşaqdan böyüyə hər bir azərbaycanlıda qürur hissi doğurur. Azərbaycan xalqının ordumuzun tezliklə bütün torpaqlarımızı azad edəcəyinə və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə inamı sonsuzdur. Bu günlərdə hər bir vətənpərvər azərbaycanlı ordumuza öz dəstəyini, sevgisini göstərmək üçün əlindən gələni etməyə çalışır. Elə Əminə və Mirvari...

09
Oktyabr

9 Oktyabr

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi və kollektivi Milli Ordumuza dəstək məqsədilə könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaiti köçürüblər.

DQİDK-nın əməkdaşları işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə əminliklərini bildirərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuza yeni qələbələr arzulayırlar. Qarabağ Azərbaycandır!

Xatırladaq ki, Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği...

09
Oktyabr

9 Oktyabr

800 kiloqramdan çox çiyələk ön cəbhədə xidmət edən əsgərlərə yola salındı - Masallıdan olan fermerdən ordumuza dəstək

Xalqımız bu günlərdə yeni tarix yazan rəşadətli Ordumuza dəstəyini əsirgəmir. Hər insan öz sahəsi üzrə könüllü olaraq Azərbaycan əsgərinə həm maddi, həm də mənəvi yardım etmək istəyir. Bu dəfə könüllü dəstək Masallıda yaşayan fermerdən gəlib. Şərəfə kənd sakini Rafət Abbasov çiyələk sahəsindən yığılan 1 tona yaxın məhsulu qablaşdıraraq cəbhə xəttinə yola salıb.

Kənd Təsərrüfatı Nazirliyi...

09
Oktyabr

9 Oktyabr

85 yaşlı nənə tikdiyi bayrağın Şuşada dalğalanmasını arzulayır

Tovuzun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndinin 85 yaşlı sakini Laçın Bağırova zəhmətkeşliyi ilə seçilir. Ailəsini dərzilikdən qazandığı pulla dolandıran Laçın nənə, həm də Qarabağ müharibəsi veteranının anasıdır.

Laçın nənə Qarabağın düşmən tapdağından azad olunması, Qələbə xəbərini eşitmək arzusu ilə yaşayır. Gözləri zəif görür. Amma çətinliklə olsa da, iynəyə sap keçirib köhnə işini davam etdirir.

Hələ 30 il əvvəl üçrəngli bayrağımızın kütləvi istehsal...