09
Oktyabr

9 Oktyabr

Orduya dəstək

“Kaspian Drilinq Kompani Limited” şirkətindən Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

“Kaspian Drilinq Kompani Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəni dəstəkləmək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 10 milyon ABŞ dolları (17 milyon manat) vəsait köçürüb.

Biz zəfər çalacağıq!

Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.