Orduya dəstək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi və kollektivi Milli Ordumuza dəstək məqsədilə könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaiti köçürüblər.
DQİDK-nın əməkdaşları işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə əminliklərini bildirərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuza yeni qələbələr arzulayırlar. Qarabağ Azərbaycandır!
Xatırladaq ki, Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun kollektivləri də Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.